Menu

ABŞ Türkiyəyə yaxın bölgədə hərbi gücünü artırır – Bu ölkədə 4 yeni baza quracaq

15.07.2025, 14:56
ABŞ Türkiyəyə yaxın bölgədə hərbi gücünü artırır – Bu ölkədə 4 yeni baza quracaq

ABŞ Yunanıstandakı hərbi mövcudluğunu genişləndirməyə, o cümlədən Egey adaları da daxil olmaqla, dörd yeni hərbi baza qurmağa hazırlaşır.

Bu barədə ABŞ Konqresinə təqdim edilən yeni qanun layihəsində bildirilir.

“ABŞ–Yunanıstan Təhlükəsizlik Əməkdaşlığı Qeydiyyatı Qanunu” adlı sənədə əsasən, ABŞ Müdafiə naziri Konqresə iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək məqsədilə yeni fürsətlər haqqında hesabat təqdim edəcək.

Məruzədə ABŞ ilə Yunanıstan arasında mövcud olan “Qarşılıqlı Müdafiə Əməkdaşlığı Anlaşması (MDCA)” çərçivəsində yaradılacaq yeni hərbi bazaların hüquqi əsasları və funksiyaları izah ediləcək. Bu saziş ABŞ qüvvələrinə Yunanıstanda dörd əlavə hərbi bazaya çıxış imkanı verəcək.

Təklifin müəllifləri olan konqresmenlər Qreys Menq, Qus Bilirakis, Dina Titus və Nikolay Malliotakis bu təşəbbüsün region üçün həssas və kritik bir vaxtda gündəmə gətirildiyini vurğulayıblar.

Məlumata görə, hazırda ABŞ-nin Yunanıstanda Dedeağaç və Souda dəniz bazası mövcuddur. Yeni 4 bazanın yerləri hələlik açıqlanmasa da, onların Egey adaları və Aralıq dənizinə yaxın ərazilərdə yerləşəcəyi bildirilir.

Ekspertlər bu addımı Türkiyəyə yaxın coğrafiyada ABŞ-nin hərbi gücünün daha da möhkəmləndirilməsi kimi qiymətləndirirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol