Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski RF Cinayət Prosessual Məcəlləsinin 48 saat həbsi nəzərdə tutan 91-ci maddəsinə əsasən saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “E1.ru” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Mutvalı Şıxlinskinin evində axtarış aparılmalıdır, o, məhkəmə başlamazdan iki gün əvvəl saxlanılıb.

Bundan əlavə, Moskvada Şahin Şıxlinskiyə qarşı iş açılıb, mənbənin E1.ru-ya verdiyi məlumata görə, cinayət işinin hansı maddə ilə başlandığı göstərilmir.

***

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "E1.ru" məlumat yayıb.

İddialara görə, Mutvali iyulun 1-də atası saxlanlarkən avtomobillə xüsusi təyinatlılardan birini vurub.

Hazırda o, İstintaq Komitəsində dindirilir.