Ermənistanla Azərbaycan arasında dərin inam çatışmazlığı var və hər iki tərəf bunu etiraf edir.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.
Onun fikrincə, etimadsızlığı Abu-Dabidə olduğu kimi görüşlər keçirməklə aradan qaldırmaq olar: “Düşünürəm ki, inamsızlığı aradan qaldırmaq mümkündür”.
O, etiraf edib ki, Azərbaycanın mövqeyində heç bir məxfi hissə yoxdur, hər şey ictimaiyyətə açıqlanıb: "Biz indi mövqelərimizi aydınlaşdıra biləcəyimizi, bəzi mümkün narahatlıqları aradan qaldıra biləcəyimizi və sairəni anlamağa çalışırıq. Sülh sazişinin imzalanması və ratifikasiyası mərhələsinə çatana qədər mümkün tədbirlər üçün ümumi yanaşma formalaşdırmaqdan ötrü müzakirələr aparırıq. Bu proses davam edir".
“AzPolitika.info”


Şərhlər