Menu

Vaşinqton İsrail və Suriya arasında gərginliyin yaxın saatlarda azalacağını gözləyir - Marko Rubio

16.07.2025, 20:57
Vaşinqton İsrail və Suriya arasında gərginliyin yaxın saatlarda azalacağını gözləyir - Marko Rubio

ABŞ administrasiyası İsrail və Suriya arasında mövcud gərginliyin yaxın bir neçə saat ərzində sona çatacağını gözləyir.

APA xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Biz səhərdən və gecə boyu hər iki tərəflə təmasda olmuşuq. İndi hesab edirik ki, eskalasiyanın həqiqi şəkildə azalmasına doğru gedirik”, – Rubio vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol