Menu

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

18.07.2025, 13:39
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol