Menu

Rusiyalı milyarder qiyabi həbs olundu – Rüşvət verməkdə ittiham olunur

18.07.2025, 16:43
Rusiyalı milyarder qiyabi həbs olundu – Rüşvət verməkdə ittiham olunur

Rusiyalı milyarder, informasiya texnologiyaları nəhəngi IBS şirkətinin keçmiş həmtəsisçisi Sergey Matsotski barədə məhkəmə həbs qərarı çıxarıb.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, milyarder vəzifəli şəxsə xüsusilə külli miqdarda rüşvət verməkdə ittiham olunur. Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, onu 15 ilə qədər həbs gözləyir. 2020-ci ildə Sergey Matsotsky IBS-dən ayrılıb və öz GS-Invest şirkətini qurub. Onun şirkəti proqram təminatının hazırlanması və sistem inteqrasiyası üzrə ixtisaslaşıb. O, eyni zamanda “VimpelCom”-un direktorlar şurasının üzvü olub.

Sergey Matsotski Rusiyanın ən böyük İT milyarderləri siyahısında 18-ci yerdə qərarlaşıb. Onun hazırda Rusiyada olmadığı bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol