Menu

"Təəssüf ki, AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiya tərəfindən cavab almamışıq" - Dövlət başçısı

19.07.2025, 19:39
"Təəssüf ki, AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiya tərəfindən cavab almamışıq" - Dövlət başçısı

“Təəssüf olsun ki, AZAL təyyarəsinin Aktaudakı qəzası ilə bağlı biz Rusiya tərəfindən heç bir cavab almamışıq”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, artıq hadisədən 7 ay keçib: “Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik. Və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii idi".

Şərhlər

Cəmşid Dərələyəzli 2025-07-20 17:33:35

Zamanın diqtə etdiyi və ona görə ölçülüb- biçilmiş fikirlər. Təqdir etdik, cənab Prezident., Sizin bu çıxışınız sübut edir ki, əslində Son günlər Rusiyada Azərbaycana qarşı sərgilənən aqressiyada Rusiya gülləni öz ayağına sıxmış oldu. Bu isə Putinin mənəm -mənəmiyinin, hikkəsinin, saymamazlığının təbii ki, nəticəsidir, Yoxsa təyyarə qəzasına görə bir üzr dilemek, yani o kadamı zor. Ola ki də dünyanı öz üzərinə sadırdığı bir vaxt da tərəfdaş, qonşu və dost sandığı Azərbaycana qarşı. Demək ki, səmimiyyət olmayan yerdə, bunlar hamısı bir təffərrüatımış.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol