Menu

İran və Rusiya Xəzər dənizdə təlim keçirəcək

20.07.2025, 12:15
İran və Rusiya Xəzər dənizdə təlim keçirəcək

İran və Rusiya iyulun 21-də Xəzər dənizində iki ölkənin hərbi dəniz qüvvələrinin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əməkdaşlarının iştirakı ilə CASAREX-2025 təlimlərinə start verəcək.

"Report"un məlumatına görə, bu barədə İranın "Tasnim" agentliyi bildirib.

"İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri tərəfindən təşkil edilmiş CASAREX-2025 kombinə edilmiş dəniz axtarış-xilasetmə təlimləri sabahdan (21 iyul - red.) etibarən üç gün ərzində Xəzər dənizində keçiriləcək. Bu təlimlər İran ordusunun Hərbi Dəniz Qüvvələri, İİKK, Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri və Xəzəryanı region ölkələrindən müşahidəçilərin iştirakı ilə baş tutacaq", - məlumatda deyilir.

Agentlik dəqiqləşdirir ki, təlimlərin məqsədi dəniz təhlükəsizliyi səviyyəsinin və Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı fəaliyyətin artırılmasıdır.

Şərhlər

Bəhram 2025-07-20 18:34:16

Xəzər dəniz yox, cəmi bir girişli göldür. Yer platenimizin təbii tükənmə və mütənasibliyi qorumaq məqsədi ilə Xəzərdə hərbi gəmilərin OLMAMASI ŞƏRTİNİ qabardır? Onların dinc məqsədlərə və daha laminar işi Xəzərin səssiz canlıları-balıqları üçün də faydalı və təbiətə ədalətli münasibət və qarşılıqlı ehtiram olardı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol