“Talara” neft tankeri Avropa İttifaqının sanksiyalarından sonra Hindistanın “Nayara Energy” neft emalı şirkətinin Vadinar limanını tərk edib.
“AzPolitika” xəbər verir ki, “Reuters”-in məlumatına görə, sözügedən gəmi əvvəl yüklənməsi nəzərdə tutulan Rusiya dizel yanacağını yükləməyib. Tanker iyulun 21-də Afrikaya göndərilməli olan 447 000 barel ultra aşağı kükürdlü dizel yükləməli idi. Yükləmə planındakı dəyişiklik onu deməyə əsas verir ki, Aİ-nin “Nayara” şirkətinə tətbiq etdiyi sanksiyalar Rusiyanın dəstəklədiyi bu neft emalı zavodundan neft məhsullarının ixracını pozur.
Mənbələrin bildirdiyinə görə, “Talara” tanker məhz Aİ sanksiyaları işə düşdüyü üşün yanacağı yükləməyib.
“AzPolitika.info”


Şərhlər