Menu

Ukrayna “Mirage-2000” qırıcısını itirdi - Fransa təyyarəsinin avadanlıqları sıradan çıxıb

23.07.2025, 10:40
Ukrayna “Mirage-2000” qırıcısını itirdi - Fransa təyyarəsinin avadanlıqları sıradan çıxıb

Dünən axşam saatlarında Ukrayna səmasında “Mirage-2000” qırıcı təyyarəsi qəzaya uğrayıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri uçuş zamanı təyyarənin avadanlığının sıradan çıxdığını bəyan edib.

Pilot problem barədə uçuş direktoruna məlumat verib. O, təyyarəni təhlükəli zonadan çıxarıb, yaşayış məntəqələrindən uzaqlaşdıra bilib, özü isə katapult edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin şöbə rəisi Yuri İqnat Facebook səhifəsində məlumat verib. Onun sözlərinə görə, pilot peşəkarcasına hərəkət edib, lakin təyyarəni xilas etmək mümkün olmayıb.

Hadisənin səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb. Qeyd edək ki, bu, Fransaya məxsus “Mirage-2000” qırıcısının Ukraynada itirilməsi ilə bağlı ilk məlum hadisədir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol