Menu

Rusiya 2 min dronla Ukraynaya hücum edə bilər? - Ekspert mümkün ehtimalları açıqladı

23.07.2025, 15:20
Rusiya 2 min dronla Ukraynaya hücum edə bilər? - Ekspert mümkün ehtimalları açıqladı

Rusiya hələ ki, Ukraynaya gecə ərzində 2000 ədəd dronla hücum etmək imkanına malik deyil.

Bunu aviasiya sahəsi üzrə ekspert Bohdan Dolinçe deyib. Onun sözlərinə görə, belə miqyasda hücum üçün hazırkı şəraitdə Rusiyaya azı 24–28 saat vaxt lazımdır. Bu isə nə hərbi, nə də iqtisadi baxımdan sərfəli deyil.

Dolinçenin fikrincə, genişmiqyaslı hücumları reallaşdırmaq üçün Rusiya ya hücum vaxtını uzatmalı, ya da infrastrukturunu gücləndirməlidir. 

“Hazırda Rusiya saatda 50–70 dron buraxa bilir. 2000 dronluq hücum üçün buraxılış qruplarının sayı 100–150-yə çatmalıdır. Bu isə bazaların, personalın və logistikanın artırılmasını tələb edir", – deyə ekspert bildirib.

Ekspert qeyd edir ki, Rusiya hazırda “Şahed” tipli dronların istehsalını artırır və gündəlik istifadədə artıq yüzlərlə belə dronlardan istifadə edir. Amma iri həcmli – məsələn, 700 dronluq hücumlar belə indiyə qədər yalnız 12–14 saatlıq zaman ərzində həyata keçirilib.

Dolinçenin fikrincə, yaxın 6 ayda Rusiya iki əsas istiqamətdə addımlar atacaq - mobil buraxılış qruplarının və dron buraxılış məntəqələrinin sayını artıracaq. Lakin bu məntəqələr də məhdud sayda yerləşdirilə bilər, çünki Ukrayna müdafiə qüvvələri onların çoxunu hədəfə ala bilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol