Menu

Yunanıstanda onlarla türk qaçqının sığınacaq statusu ləğv edilir

23.07.2025, 16:20
Yunanıstanda onlarla türk qaçqının sığınacaq statusu ləğv edilir

Yunanıstanda onlarla türk qaçqının sığınacaq statusu ləğv ediləcək.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Yunanıstan hakimiyyəti sığınacaq statusunun ləğvi və "cinayət şəbəkələrində iştirak edən" Türkiyə vətəndaşlarının deportasiyası prosesini sürətləndirib.

Məlumata görə, iddiaya əsasən, Yunanıstanda Türk mafiyasının fəallığının artması hakimiyyət orqanlarını təşvişə salıb.

Miqrasiya və Sığınacaq Nazirliyi ilə Vətəndaşların Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, hazırda Yunanıstana qaçqın kimi gələn yüzlərlə Türkiyə vətəndaşına qarşı "cinayət işlərinə qarışmaq" iddiası qaldırılıb.

Yunanıstan hakimiyyəti onların beynəlxalq müdafiə statusunu kütləvi şəkildə ləğv etmək və sonradan deportasiya proseslərinə başlamaq niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol