Menu

"Qarabağ" səfərdə "Şelburn"a böyük hesabla qalib gəlib

24.07.2025, 00:41
"Qarabağ" səfərdə "Şelburn"a böyük hesabla qalib gəlib

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.

“Report”un məlumatına görə, Dublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Şərhlər

B.Kolxozdar 2025-07-24 09:12:32

Bu qolların ikicəsini sonrakı oyuna deyil, 3cü, 4cü turlara saxlardınız? Futbol ölçüsüz yumor-felyeton, pilotsuz uçaq və dünyəvi sözləşmə SİYASƏTi deyil ki? Ölçün-biçin hər oyuna, gedişə-gəlişə uyğun sözlər-taktika seçin ki, təvazökarlıq Köhlən at kimi kişnəməsin, sakit-laminar axınla minimal-daim qələbələrə nail olasınız? Ötən il bir oyunda 7 qol rəqiblərinizi bombardmançı ruhlarına qaldırmadımı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol