Menu

Ukrayna Soçiyə dronlarla zərbələr endirib

24.07.2025, 08:32
Ukrayna Soçiyə dronlarla zərbələr endirib

Ukrayna Soçiyə dronlarla hücum edib, Tavriçeskaya küçəsində yerləşən neft anbarına zərbə endirilib.


APA əbər verir ki, bu barədə “Sirius” Federal Təhsil Mərkəzinin administrasiyasının rəhbəri Dmitri Plişkin məlumat yayıb.

Krasnodar diyarının əməliyyat qərargahından verilən məlumata görə, hücum zamanı bir qadın həlak olub, daha biri ağır xəsarət alıb.

Bəzi otellərdə istirahət edənlər yeraltı qarajlara təxliyə olunublar. Soçi hava limanında isə uçuşlara məhdudiyyətlər tətbiq edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol