Menu

Rüşvət aldığı iddia olunan bağça müdiri işdən çıxarılıb

24.07.2025, 13:57
Rüşvət aldığı iddia olunan bağça müdiri işdən çıxarılıb

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib.

Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il tarixində 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən bağça müdirinin işəgötürmə prosesində rüşvət tələb etdiyi ilə bağlı şikayət yayımlanıb.

Şərhlər

Roma 2025-07-24 14:23:02

"Rüşvət aldığı iddia olunan bağça müdiri işdən çıxarılıb"...məncə belə bir deyim artıq gülüş doğurur, belə ki, görəsən rüşvət almayan bağça, eləcədə məktəb və s...direktorları varmı???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol