Menu

Lukaşenkonun bu ölkəyə girişi müddətsiz olaraq qadağan edildi

24.07.2025, 17:19
Lukaşenkonun bu ölkəyə girişi müddətsiz olaraq qadağan edildi

Estoniya hökuməti Belarusun əsas dövlət nümayəndələrinə qarşı tətbiq edilən sanksiyaların müddətini ləğv edərək onları birmənalı şəkildə müddətsiz olaraq uzadıb. 

"AzPolitka" xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən qadağa ölkənin lideri Aleksandr Lukaşenkoya da aid edilib.

Bu təşəbbüslə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna çıxış edib. Onun sözlərinə görə, Belarusda insan hüquqları ilə bağlı vəziyyət dəyişməyib və Minsk administrasiyasının Rusiyanın Ukraynaya qarşı təcavüzünə verdiyi dəstək, əlavə təzyiq tədbirlərinin zəruriliyini daha da artırır.

"Sanksiyaların tətbiqindən demək olar ki, beş il keçib, amma Belarusda heç bir müsbət dəyişiklik baş verməyib. Davam edən repressiyalar fonunda buna göz yuma bilmərik. Bu səbəbdən sanksiyalar vaxt məhdudiyyəti olmadan qüvvədə qalmalıdır", – deyə bildirib.

Nazirin əmrinə əsasən, sanksiyalar siyahısında 273 nəfərin adı yer alıb. Onların arasında yüksək vəzifəli məmurlar, hakimlər, təhlükəsizlik qüvvələrinin nümayəndələri, təbliğatçılar və Lukaşenkonun yaxın ətrafı var.

Qeyd edək ki, nə Estoniya, nə də digər Aİ ölkələri Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımır.

"AzPoltika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol