Menu

Azərbaycan İdman Akademiyasının futzalçıları Avropa çempionu olub

26.07.2025, 00:14
Azərbaycan İdman Akademiyasının futzalçıları Avropa çempionu olub

Xorvatiyanın Zaqreb şəhərində keçirilən futzal üzrə universitetlərarası Avropa çempionatına yekun vurulub.

"Report" xəbər verir ki, finalda Azərbaycan İdman Akademiyası ilə İspaniyanın Valensiya Universiteti üz-üzə gəlib.

Görüş Azərbaycan təmsilçisinin 7:2 hesablı qaləbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycan İdman Akademiyasının futzalçıları universitetlərarası qitə çempionu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol