Menu

"HƏMAS silahı yerə qoyub bütün girovları azad edəndə Qəzzada müharibə bitəcək" - Rubio

27.07.2025, 14:07
"HƏMAS silahı yerə qoyub bütün girovları azad edəndə Qəzzada müharibə bitəcək" - Rubio

HƏMAS silahı yerə qoyub bütün girovları azad edəndə Qəzzada müharibə bitəcək.

"Report" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində deyib.

"Biz bütün girovlarla maraqlanırıq və Qəzzada baş verənlərin çox sadə həlli var. Bütün girovları azad edin, silahlarını yerə qoyun və HƏMAS üçün müharibə bitəcək. Onlar açıq şəkildə bununla razılaşmayacaqlar", - o qeyd edib.

Dövlət katibinin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff artıq bir neçə həftədir ki, bu münaqişənin həlli üçün çox çalışır və o, mühüm irəliləyiş əldə etməyə və yekun məqsədə yaxınlaşmağa nail olub.

"Biz indi istənilən gün atəşkəs razılaşmasına nail ola biləcəyimizə ümid edirik ki, orada ölənlər də daxil olmaqla, girovların ən azı yarısı, bu 60 günlük müddətin sonunda isə qalan girovlar azad edilsin", - Rubio bildirib.

Şərhlər

Bəhrami 2025-07-27 17:03:16

Neçə illərdir Konstitusion dövlətlərin qarşılıqlı-toxunulmaz qonşu-birgəyaşayış hüquqlarını nizamlayacaq Siyasət özü Hərblə POZUR? HƏMAS, İran və digər *nizamçı-ya iddia tərəfdarları* təbii ki, geri çəkilsinlər!? Yarım əsrdən çox davam etdirilən Yaxın Şərq savaşı bitəcəkmi? Yoxsa, ibtidai məxluqun bir yumurtanı və ya bir dairəni qəti-kəskin bölə bilmədikləri Ədalət-Hüququna zidd siyasət davam etdiriləcəkmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol