Menu

Bilgəhdə boğulan şəxs DSX-nin giziri imiş

28.07.2025, 12:24
Bilgəhdə boğulan şəxs DSX-nin giziri imiş

Xəbər verdiyimiz kimi, dünən Bilgəh çimərliyində ölüm hadisəsi baş verib.

“Şəbəkə” çimərliyində boğularaq ölən şəxsin hərbi qulluqçu olması müəyyənləşib.

Belə ki, saat 14 radələrində Bilgəh qəsəbəsinin ərazisində yerləşən Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə Cəlilabad rayon sakini, Dövlət Sərhəd Xidmətinin giziri 1990-cı il təvəllüdlü Arif Balafər oğlu Əsədullayev çimərkən boğulub.

Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol