Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə sülh razılaşması əldə etmək üçün Rusiyaya verdiyi 50 günlük müddəti qısaldıb. İndi Kremlin müharibəni dayandırmaq üçün cəmi 10-12 günü var – əks halda onu güclü iqtisadi sanksiyalar gözləyir.
“AzPolitika” xəbər verir ki, bunu qeyd edən “New York Post”un yazdığına görə, Amerika lideri bununla Vladimir Putinə “öldürmək üçün daha az vaxt verib və bu, düzgün qərardır”.
Nəşr yazır ki, Kremlin heç bir xoşməramlılıq nümayiş etdirmədiyini vurğulayan Tramp bazar ertəsi jurnalistlərə açıqlamasında “Gözləməyə heç bir səbəb yoxdur... Rusiya mallarını alan ölkələrə 100% rüsum tətbiq etməyə hazıram” deyib: “Bu qəfil qərar ABŞ-nin ekspert və siyasi dairələrində geniş dəstək aldı. Müşahidəçilər hesab edirlər ki, ilkin müddət - 2 sentyabra qədər vaxt təyin edilməsi Putinə hərbi əməliyyatları davam etdirməsi üçün daha çox vaxt verirdi”.
Amerikalı müşahidəçilərin şərhlərində deyilir: “Putinin məqsədi heç vaxt sülh olmayıb, Ukraynanı tamamilə məhv etmək olub”.
Nəşr yazır ki, Moskvanın əvvəlki ultimatuma reaksiyası yalnız Kremlin aqressiv niyyətini təsdiqləyib. Trampın tələblərini səsləndirməsindən bir neçə saat sonra Rusiya Ukraynada mülki hədəflərə zərbələr endirdi.
Rusiyanın yüksək vəzifəli məmurları Trampın təhdidlərini “teatr ultimatumu” adlandırsalar da, ekspertlər bu dəfə iqtisadi rıçaqların əslində ağrılı ola biləcəyinə inanırlar: "Kreml narahat olmalıdır. Rusiya iqtisadiyyatı titrəyən dayaqlar üzərindəki bir evdir. Putin müharibəyə büdcənin ən azı 40%-ni yatırıb, vətəndaşlar isə böyük çətinliklə dolanır. Rusiyanın ən böyük ticarət tərəfdaşları olan Çin və Hindistanın Trampın yeni qərarına mümkün reaksiyası da narahatlıq doğurur. İkinci dərəcəli sanksiyalar və 100% tariflər təhlükəsi onları alternativ bazarlar axtarmağa sövq edə bilər… Trampın rus diktatoruna əsl ağrı hiss etdirməkdən başqa çarəsi yoxdur. İndi bunu etməyin vaxtıdır".
“AzPolitika.info”

Şərhlər
Buda ki belə. Trampın timsalında bilmirsən BMT-na güləsən, yoxsa ağlayasan. Yəni dünyaya. Birincisi sən kimsən ki, ay Amerika tek başına racon kəsirsən. İkincisi də kəsdiyin bu racondan ölkən 46 ildir İrana kəsib və hayla da kəsir, İran indi nərdə. Olaki də Rusiya İrandan hər cəhətdən böyük və zəngin bir ölkə ola. Anlayın Rusiya içdün dağılmasa, ona heç kimse heç ne yapa bilmeyecek. Çünki, Rusiyanın başında elə bir şizofer durur ki, berk ayaqda kəndi ölkəsini də yakar, dünyanı da. Odur ki də akıllı olun və akıllı siyasət yapın. Day yox ki odla oynayın. Zatən İmprtializmin ucbatından dümya barıt çəlləyinə dönüb.
Sanıram Trampın bu metodu , Rusiyanı durdurmayacaq. İqtisadi quşatma siyasəti 46-ildir İrana tətbiq olunur. İran məngənədə sıxıldıqca daha da inkişaf etdi. Hətta uranın zənginləşdirilməsinə qədər gelib çatdı. Olaki də Rusiyanı ərazisi, əhalisi və təbii sərvətləri İrandan dəfələrlə çoxdur. O təbi sərvətlər ki, iqyisadi sanksyalara qoşulan Qərbin özünün belə ona ehtiyacı var. Özü də çox. Demişik, Rusiya keçmiş SSRİ kimi içindən çökməsə onu durdurmaq zaman alacaq.