Menu

Pirşağıda azyaşlı və 31 yaşlı kişi dənizdə boğulub

29.07.2025, 11:29
Pirşağıda azyaşlı və 31 yaşlı kişi dənizdə boğulub

Pirşağı çimərliyində iki nəfər boğulub.

APA-nın xəbərinə görə, hadisə iyulun 28-i saat axşam saatlarında qeydə alınıb. İmişli rayon sakini olan 2017-ci il təvəllüdlü azyaşlı dənizdə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılıb.

Elə həmin vaxt Pirşağı çimərliyində Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Cabbarov suda boğulub.

Onun da meyiti sudan çıxarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol