Menu

Avropa Birliyi Ukrayna üçün 1,7 milyardlıq yardımı dondurdu - Səbəb bu imiş

29.07.2025, 11:33
Avropa Birliyi Ukrayna üçün 1,7 milyardlıq yardımı dondurdu - Səbəb bu imiş

Avropa Birliyi tərəfindən Kiyevdə korrupsiyaya qarşı mübarizə orqanlarının müstəqilliyinə zəmanət verilməməsi səbəbilə Ukraynaya göstərilən 1,7 milyard dollarlıq maliyyə yardıma "müvəqqəti dayandırma" qərarı verilib.

Bu barədə AB Komissiyasının Ukrayna hökumətinə göndərdiyi xəbərdarlıq məktubunda qeyd olunub.

Məlumata görə, ölkədə xüsusilə Beynəlxalq Korrupsiyay qarşı Mübarizə Bürosu (NABU) və Özəl Korrupsiyaya qarşı Mübarizə İdarəsinin (SAPO) siyasi təzyiqə məruz qalmasının davam etməsi halında yardımın tamamilə kəsilə biləcəyi vurğulanıb.

 Ukraynalı millət vəkili və keçmiş Baş nazir müavini Ivanna Klimpuş-Tsintsadze, AB-nin xəbərdarlığının gerçək olduğunu və Brüsseldən gələn sənədlə təsdiqləndiyini bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol