Menu

Azərbaycanda orqan köçürülməsi üçün növbədə olanların sayı açıqlanıb

29.07.2025, 12:48
Azərbaycanda orqan köçürülməsi üçün növbədə olanların sayı açıqlanıb

Hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası) üçün növbədədir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

"Böyrək transplantasiyası üçün növbə gözləyənlərdən 18-i uşaq, 280 nəfəri böyükdür. Bununla yanaşı, qaraciyər transplantasiyası üçün 5 uşaq, 118 böyük, sümük iliyi transplantasiyası üçün 371 uşaq, 93 böyük, buynuz qişa transplantasiyası üçün isə 2 uşaq, 23 böyük hazırda növbə gözləyir", - məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol