Menu

Rusiyada növbəti dəfə zəlzələ olub

30.07.2025, 13:30
Rusiyada növbəti dəfə zəlzələ olub

Rusiyanın Kamçatka bölgəsində 8,7 bal gücündə zəlzələ baş verdikdən sonra Altay bölgəsində də güclü bir sarsıntı yaşanıb.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətindən verilən məlumata görə, 4,4 bal gücündə zəlzələ Altay Respublikasında, Gorno-Altaysk şəhərinin yaxınlığında baş verib. Bu zəlzələ nəticəsində heç bir zərər və itki olmayıb.

Qeyd edək ki, bundan əvvəl Moskva vaxtı ilə saat 03:00 radələrində Kamçatka bölgəsində 8,7 bal gücündə zəlzələ qeydə alınmışdı.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol