Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü keçiriləcək.
APA xəbər verir ki, bu barədə AFP-yə diplomatik mənbələrdən məlumat verilib.
Məlumata görə, İsrail tərəfini strateji məsələlər naziri Ron Dermer, Suriya tərəfini isə xarici işlər naziri Əsəd əl-Şeybani təmsil edəcək.
Görüşdə Suriyada təhlükəsizliklə bağlı vəziyyət müzakirə olunacaq
Qeyd edək ki, bundan əvvəl də bir sıra media orqanları Suriya və İsrail rəsmilərinin Bakıda görüşdüyü ilə bağlı məlumat yaymışdılar.


Şərhlər