Menu

Rusiyada növbəti güclü zəlzələ - Bir sıra binalar dağılıb

31.07.2025, 11:55
Rusiyada növbəti güclü zəlzələ - Bir sıra binalar dağılıb

Bu gün Rusiyada növbəti dəfə güclü zəlzələ qeydə alınıb.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, bu gün Kamçatka yarımadasında 6.7 bal gücündə yeraltı təkan baş verib.

Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidməti Telegram hesabında verdiyi açıqlamada bildirib ki, zəlzələnin episentri Kamçatka bölgəsinin inzibati mərkəzi Petropavlovsk-Kamçatski şəhərindən 178 kilometr məsafədə yerləşib.

Rusiya Fövqəladə Hallar Nazirliyi də bölgədən təsdiqləyib ki, zəlzələ şəhərdə ciddi şəkildə hiss olunub, bir sıra binalar uçub.

Hazırda bölgədə yüksək hazırlıq rejimi elan edilib və zəlzələ ilə bağlı araşdırmalar davam etdirilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol