ABŞ Prezidenti Donald Tramp Braziliyaya tətbiq edilən gömrük tariflərinin 10%-dən 50%-ə qaldırıldığını açıqlayıb.
Ağ Evin yaydığı bəyanatda bildirilir ki, bu qərar Braziliyanın ABŞ-nin milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadi maraqlarına ciddi təhdid yaratması ilə əsaslandırılıb. Rəsmi açıqlamada qeyd olunur ki, son dövrlər Braziliyada insan haqlarının pozulması halları da bu qərarın verilməsində rol oynayıb.
Hazırda Vaşinqtonla Braziliya arasında münasibətlərin daha da gərginləşə biləcəyi ehtimal olunur. Bu addımın ikitərəfli ticarət əlaqələrinə və regionda iqtisadi dinamikaya təsir göstərəcəyi gözlənilir.
"AzPolitika.info"


Şərhlər