ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna münaqişəsinin həlli yalnız diplomatik yolla mümkündür.
APA xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker NBC News-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ağ Evin rəhbəri açıq şəkildə bəyan edib ki, Ukraynadakı münaqişənin hərbi yolla həlli mümkün deyil.
“Tramp açıq şəkildə bildirib ki, Ukrayna münaqişəsi döyüş meydanında başa çatmayacaq”, – deyə Uitaker vurğulayıb.


Şərhlər
Bu da gündə bir söz deyir, yığışıb Rusiyanın burnun ovmaq əvəzinə, hər gün yeni bir nağıl ortaya atır...Putin də getsə yerinə yeni bir Putin gələcək, bu boyda mərəkədə, yəni müharibədə rus xalqı əsasən Putini dəstəkləyir. Tarixən bu millət, Dövlət qəsbkar, şovinist olub və belə də olacaq. Başqa millətlərin, xalqların var-dövlətini, mədəniyyətini talan, qəsb etməklə formalaşan bir cinayətkar dövlətdir...