Xalq yazıçısı Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək.
Bu barədə "Report"a Azərbaycan Yazıçılar İttifaqından bildirilib.
Xatırladaq ki, tanınmış yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev bu gün 82 yaşında vəfat edib.


Şərhlər
Hörmətli Roma, mənim mərhuma qarşı heç bir qərəzim olmayıb. Səmimiyyətimə inanın. Ancaq mən onu ədəbiyyat adamı hesab edə bilmirdim. Əsərlərini bəyənmirdim və bu gün də bəyənmirəm. Çünki onun heç bir əsəri böyük ədəbiyyat nədir, sualına cavab vermir. Heç kim mənim başımı hansısa imkanlar hesabına çəkdirilmiş filmlərlə, yaxud Balaqədeş kimi bir tipin məhəlli macaraları ilə qata bilməz. Bunlar bəşəriyyətə bəxş edilmiş ədəbi-bədii nümunələr yanında tıqqıltı, çıqqıltı, pıqqıltı kimi görünür. O qaldı bir ziyalı kimi mən onu heç vaxt xalqın içində görmədim. Müxbirə müsahibə vermək xalqla bir olmaq demək deyil. Bu qədər qanunlar mürtəceləşdiridi bir dəfə də olsun səsini çıixamadı. Mənim kiməsə yalan yerə tərifllər söyləyib kimlərinsə böyründə görünməyə və ya kiminsə haqqını küçümsəyib günaha batmaq kjimi bir lyüksum yoxdur.
ƏNHU adı ilə yazana: mənim rəhmətliklə şəxsi tanışlığım belə olmayıb, ancaq sizə cavab verməliyəm, necə yəni "onun bir dənə də olsun sanballı əsəri yoxdur", deyirsinizsə deməli şəxsi qərəzliyiniz olub. "Mahmud və Məryəm", "Ölüm Hökmü", "Ağ dəvə" romanları və əsərləri üzrə çəkilən filmlər, "Bağ mövsümü", "Baladadaşın ilk məhəbbəti", "Nəğmə dərsi" və s. və i... beləliklə, son 70 ilə yaxın bir dövrdə Azərbaycanda yazarlar arasında ən layiqlilərdən biridir və deyərdim ki, bu sahədə 2-3 nəfərdən biridir...
Allah rəhmət eləsin, məncə Dövlət səviyyəsində Nekroloq da verilməliydi, rəhmətlik buna layiq idi...
Bu adamı yalannan tərifləyirlər. Onun bir dənə olsun sanballı əsəri yoxdur. Atasının dostları sayəsində həmişə irəli çəkilib.Əsərləri də dosat-tanış hesabına dgər dillərə tərcümə olunub.Adam heç vaxt xalqın yanında olmayıb. Həmşə qaçıb gizlənb.Heç bir problematik məsələyə mövqe bildirməyib. Amma titul və imtiyazları hesabvına hər ay xalqın kisəinən ən azı 10-15 min pul götürüb. İllər boyu belə olub.Mən belə həyatı halal həyat hesab etmirəm.