Menu

"Putin-Uitkoff görüşü gözləniləndən daha məhsuldar olub" - Tramp Mertsə

06.08.2025, 23:59
"Putin-Uitkoff görüşü gözləniləndən daha məhsuldar olub" - Tramp Mertsə

ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertsə zəng edərək Rusiya prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüşün gözləniləndən daha məhsuldar olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "Bild" mənbələrə istinadən yazır.

Eyni zamanda, nəşr qeyd edir ki, Kremlin atəşkəslə bağlı hansı güzəştlərə getməyə hazır olduğu aydın deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol