ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün şərt irəli sürməyib.

"Report" xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Jurnalistin "Putinlə görüşməyiniz üçün o, Zelenski ilə görüşməlidirmi" sualına Tramp "yox" cavabını verib.

Xatırladaq ki, daha əvvəl Trampın Putinlə görüşmək üçün Rusiya liderinin ukraynalı həmkarı ilə görüşməli olduğuna dair xəbərlər yayılmışdı.

***

ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə görüşmək üçün şərt irəli sürüb.

Bu barədə “The New York Post” Ağ Evin sözçüsünə istinadən xəbər verir.

Onun sözlərinə görə, Amerika lideri Kreml sahibi ilə yalnız o halda görüşəcək ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşməyə razı olsun:

"Görüşün baş tutması üçün Putin Zelenski ilə görüşməlidir. Görüşün yeri hələ müəyyən edilməyib".

“AzPolitika”