Menu

Paşinyanın yaxın adamı istefa verdi - Torosyan parlamentdən getdi

20.08.2025, 16:37
Paşinyanın yaxın adamı istefa verdi - Torosyan parlamentdən getdi

Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Arsen Torosyan deputat mandatından imtina etmək qərarına gəlib. 

“AzPolitika” xəbər verir ki, bunu erməni mediasına açıqlamasında parlamentin mətbuat katibi deyib.

Torosyan artıq Ermənistan parlament sədrinə müvafiq bəyanat təqdim edib.

Bir müddət Ermənistanın Səhiyyə naziri də olmuş A.Torosyan Paşinyanın yaxın adamlarından biri sayılır. O, hazırkı hakimiyyətin mövqeyini kifayət qədər fəal şəkildə təbliğ və müdafiə edənlərdən biridir. Onun istefası isə medianın yazdığına görə, daha yüksək vəzifəyə təyin ediləcəyi ilə bağlıdır.

Qeyd edək ki, Torosyan 2021-ci ildə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə deputat seçilmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol