Menu

Putin görüşdən imtina etsə - Avropa yenə sanksiyalarla hədələyir

20.08.2025, 18:08
Putin görüşdən imtina etsə - Avropa yenə sanksiyalarla hədələyir

Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən imtina edərsə, Avropa Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Telegraph”-ın yaydığı məlumata görə, Ağ Evdəki müzakirələrdən xəbəri olan yüksək səviyyəli hökumət rəsmisi nəşrə bildirib ki, “Putin danışıqları gecikdirərsə, ondan yayınarsa və ya ondan imtina edərsə, bu, sanksiyaların tətbiqi üçün səbəb olacaq”.

Zelenski də Putin sammitdə iştirakdan imtina edərsə, sanksiyalar tətbiq etməyə çağırıb.

Hazırda Zelenski ilə Putin arasında potensial görüşün harada və nə vaxt keçirilə biləcəyi barədə məlumat yoxdur (baxmayaraq ki, bunun üçün iki həftəlik müddət müəyyən edilib - avqustun sonuna qədər). Əgər ikitərəfli danışıqlar baş tutsa, ondan sonra Trampın iştirakı ilə “üçlü sammit” keçirilə bilər.

CNN isə yazıb ki, Putin nə indi, nə də gələcəkdə Zelenski ilə görüşməyə hazır deyil.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol