Menu

"Ukraynaya dəstəyimizi bir daha təsdiqlədik" - NATO Hərbi Komitəsinin sədri

20.08.2025, 21:14
"Ukraynaya dəstəyimizi bir daha təsdiqlədik" -  NATO Hərbi Komitəsinin sədri

NATO ölkələrinin müdafiə nazirləri Ukraynanı dəstəklədiklərini bir daha təsdiqləyiblər.

Bu barədə alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone “X” sosial şəbəkəsində bildirib.

“Bu gün NATO-nun müdafiə rəisləri arasında əla və səmimi müzakirə oldu. Hər kəsə bu görüşlərdə həmişə fəal iştirakına görə təşəkkür etdim: biz həmrəyik və bu birlik həmişə olduğu kimi, bu gün də xüsusilə nəzərə çarpırdı. Ukraynaya gəlincə, biz dəstəyimizi bir daha təsdiqlədik. Prioritet ədalətli, etibarlı və davamlı sülh olaraq qalır”, - admiral yazıb.

Şərhlər

Eli 2025-08-20 21:29:02

Bu avropalılara etibar edenin günü yeqin ki. Gürcüstan Ykrayna kimi okar bunlar dar ayaqda Tülkü kimi aradan çıxarlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol