Menu

Çempionlar Liqası: "Fənərbağça" "Benfika" ilə heç-heçə edib

21.08.2025, 01:21
Çempionlar Liqası: "Fənərbağça" "Benfika" ilə heç-heçə edib

Türkiyə təmsilçisi "Fənərbağça" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Benfika" ilə (Portuqaliya) bərabərə qalıb.

"Report" xəbər verir ki, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda baş tutan matçda hesab açılmayıb.

Oyunun 71-ci dəqiqəsində qonaqların heyətində Florentinu Luiş qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 27-də Portuqaliyada keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol