Avqustun 21-də səhər saatlarında Lvov şəhəri Rusiya Silahlı Qüvvələrinin növbəti raket hücumuna məruz qalıb. Hücum nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.
Şəhər meri Andriy Sadovıyın Telegram kanalında verdiyi məlumata görə, yaralılardan biri ağır vəziyyətdədir və əməliyyat olunur. Digər iki yaralıdan biri orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sonradan yayılan yenilənmiş məlumata əsasən, 38 yaşlı bir qadın da xəsarət alıb və xəstəxanaya aparılıb.
Hücum nəticəsində şəhərdə onlarla yaşayış binası zədələnib. Hadisə yerinə təcili yardım və xilasedici qruplar cəlb olunub. Hazırda dağıntıların aradan qaldırılması və təhlükəsizlik tədbirləri davam edir.
Rəsmilər əhalini hava həyəcan siqnallarına ciddi yanaşmağa və sığınacaqlara vaxtında keçməyə çağırırlar.
"AzPolitika.info"


Şərhlər