Menu

"Mənfur Minsk qrupu artıq son günlərini yaşayır" - Prezident

21.08.2025, 13:09
"Mənfur Minsk qrupu artıq son günlərini yaşayır" - Prezident

Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib.

Dövlət başçısı vurğulayıb: “Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.

Şərhlər

Cəmşid Dərələyəzli 2025-08-21 14:21:58

İlham Əliyev "imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir". Cənab Prezident, Sizin xarici siyasətdəki səriştəniz, qətiyyətiniz, xüsusən də dədə -baba torpaqlarımız olan Zəngəzur və ona bitişik mahallara bağlılığınız və bu yöndəki vətənpərvərliyiniz bizi tam əmin edir ki, bu belə də olacaqdır. Allah tarixə düşəcək, bu yekun sulh sazişini başa çatdırmaqda Sizə güc və qüvvət versin. Çünki, bilirik ki, dünyada və regonda bu sazişin bağlanmasına hələ də hər vəhclə maneçilik törətmək istəyən dövlətlər vardır və deyərdim ki hələ bir az da aktivləşiblər. Allah Sizi və bütün Azərbaycan xalqını bu məsələdə gələcək nəsillər qarşısında məhkum etməsin. İnşallah etməz də.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol