Menu

Türk əsgəri Ukraynaya girəcək? - MSB aydınlıq gətirdi

21.08.2025, 13:48
Türk əsgəri Ukraynaya girəcək? - MSB aydınlıq gətirdi

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Ukraynaya hərbi qüvvə göndərilməsi ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirib.

MSB mənbələri açıqlamasında qeyd edib ki, Türkiyə bölgəsində barış və sabitliyi təmin edən və bu istiqamətdə bütün təşəbbüslərə dəstək verən bir ölkədir. 

Qeyd olunub ki, Rusya ilə Ukrayna arasında əvvəlcə atəşkəsin təmin olunması, sonra isə vəzifələri dəqiq müəyyənləşdirilmiş bir missiyanın çərçivəsinin müəyyən edilməsi və hansı ölkənin hansı ölçüdə töhfə verəcəyinin açıqlanması lazımdır. 

Bildirilib ki, bu barədə konkret bir əsas mövcud deyil və yalnız fərziyyələr üzərində qiymətləndirmə aparmaq düzgün olmaz.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol