Menu

Rusiya İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib

21.08.2025, 14:56
Rusiya İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib

Bu gün səhər saatlarında Rusiya ordusu Ukrayna şəhərlərinə genişmiqyaslı hava zərbələri endirib. 

Bununla bağlı, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hücumlar zamanı 574 ədəd İran istehsalı “Shahed-136/131” pilotsuz uçuş aparatı və 40 müxtəlif tipli raketdən istifadə olunub.

Ukraynanın hava hücumundan müdafiə sistemləri 546 “Shahed” dronunu və 31 raketi məhv edə bilib. Ukraynanın Lvov və digər şəhərlərinə zərbələr nəticəsində bir nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol