Menu

“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı

21.08.2025, 15:55
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı

“Azəriqaz” İstehsalat Birliyinin dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edib.

Məlumata görə, “Azəriqaz”ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 2 612 183.56 (2 milyon 612 min 183 manat 56 qəpik) vergi borcu mövcuddur.

Qeyd edək ki, “Azəriqaz”ın nizamnamə kapitalı isə 1 779 845 926.55 manatdır. “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədovdur.

Şərhlər

Fərid 2025-08-23 10:40:27

Siz dediz bizdə inandıq.ayıb dı vallah qazın qiyməti əhalinin gəlirindən bir neçı dəfə çoxdu necə borc yarana bilər.qazın maya dəyəri pulsuz başa gəlir 30 qəpikdə kubudu.bu qədərdə olmazda .

Vətəndaş 2025-08-21 22:19:22

Azərıqazın rəhbərləri olmuş şəxslərin Aəriqazdan oğurlayıb sahib olduqlar villa və malikanələri əllərindən alnııb,satııb Azəriqazın dövlətə borcu ödənilməlidir.Bu borcu xalqa yükləmək cinayət sayılmalıdır.Bu dana münasib olardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol