Menu

Livanda düşərgələrdə yaşayan fələstinlilər silahları orduya təhvil verəcək

21.08.2025, 17:31
Livanda düşərgələrdə yaşayan fələstinlilər silahları orduya təhvil verəcək

Livanda qaçqın düşərgələrində yaşayan silahlı fələstinli qruplar silahlarını təhvil verəcək.

APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bu gün silahların Livan ordusuna təhvil verilməsinin birinci mərhələsi həyata keçəcək.

Livan-Fələstin Dialoqu Komitəsi bildirib ki, silahların təhvil verilməsi ilə bağlı razılıq may ayında əldə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol