Menu

Kommunikasiyaların açılması ilə bağlı müzakirələr başladı - Ermənistan və ABŞ rəsmiləri görüşüb

22.08.2025, 15:02
Kommunikasiyaların açılması ilə bağlı müzakirələr başladı - Ermənistan və ABŞ rəsmiləri görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün ABŞ-ın İrəvandakı səfiri Kristina Kvinlə görüş keçirib.

Ermənistan Təhlükəsizlik Şurasının yaydığı məlumata görə, görüşdə əsas mövzulardan biri regiondakı kommunikasiya xətlərinin açılması olub.

Tərəflər həmçinin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda əldə olunan razılaşmalardan məmnunluq ifadə ediblər.

Xatırladaq ki, ABŞ, Ermənistan və Azərbaycanın rəhbərlərinin iştirakı ilə Vaşinqtonda imzalanan birgə bəyannamədə də kommunikasiyaların açılması ayrıca vurğulanıb. Sənədə əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması razılaşdırılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol