Ukraynada bu günlərdə keçirilən sorğunun nəticələri dərc olunub.

“AzPolitika” xəbər verir ki, nəticələr maraqla qarşılanıb və çoxları üçün gözlənilməz olub.

Beləliklə, Demokratik Təşəbbüs Fondunun sorğusunun nəticələrinə görə, ukraynalıların 55%-i “nəyin bahasına olursa-olsun”, müharibənin yaxın gələcəkdə bitməsini arzulayırlar. Bu fikrin əleyhinə olanların 30 faiz təşkil edib.

Qeyd olunur ki, 2023-cü ildən bu yana “nəyin bahasına olursa-olsun” sülhə hazır olanların sayı artıb. O zaman 30% belə ssenariyə hazır idisə, 53 % bunun qəti əleyhinə idi. İndi bunun tamamilə əks mənzərəsi yaranıb.

Eyni zamanda, maraqlıdır ki, ukraynalıların mütləq əksəriyyəti - 73%-i Rusiyaya qarşı müharibədə Ukraynanın qələbəsinə inanır. 17% isə inanmır. Tammiqyaslı işğalın əvvəlində insanların 91,5%-i qələbəyə inanırdı. Ukraynanın şərq bölgələrində əhalinin yalnız 55%-i qələbəyə inanırsa, cənubunda belə insanlar 69% təşkil edir.

Respondentlərdən nəyin Ukraynanın qələbəsinin əsas əlamətləri hesab etdiklərini soruşduqda cavablar belə olub:

Bütün ukraynalı əsirlərin, deportasiya edilənlərin və qaçırılanların qaytarılması - 37%

Ukrayna dövlətçiliyinin qorunması - 31%

Ukraynaya raket hücumlarının dayandırılması - 30%

1991-ci il sərhədləri daxilində Ukrayna ərazilərinin azad edilməsi - 27%

Putinin hakimiyyətdən uzaqlaşdırılması - 23%

Qeyd edək ki, sorğu 2025-ci il avqustun 12-dən 18-dək canlı olaraq aparılıb.

“AzPolitika.info”