Menu

Heqset Pentaqonun Kəşfiyyat Direktorunu işdən çıxarıb

23.08.2025, 01:50
Heqset Pentaqonun Kəşfiyyat Direktorunu işdən çıxarıb

ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqonun kəşfiyyat idarəsinin rəhbərini işdən çıxarıb.

APA xəbər verir ki, bu haqda mənbələrə istinadən “Washington Post“ məlumat yayıb.

“Müdafiə naziri Pit Heqset milli təhlükəsizlik rəhbərliyinin genişmiqyaslı təmizlənməsi zamanı vəzifəsini itirən son yüksək rütbəli hərbçi və ya kəşfiyyat məmuru olan Müdafiə Kəşfiyyat İdarəsinin direktoru general-leytenant Cefri Kruzu işdən çıxarıb”, - məlumatda deyilir.

Qeyd edək ki, aprelin sonlarında “Politico”, Pentaqonun Heqset və ətrafı arasında hakimiyyət uğrunda mübarizəyə görə münaqişəyə qarışdığını və nazirlikdə ümumi xaosun hökm sürdüyünü yazmışdı.

Şərhlər

B.Kolxozdar 2025-08-23 11:59:02

Alyaskadakı görüşdən sonra Kəşfiyyat rəhbərini azad edilməsini, Ukraynanın *Nadir metallar* sərvətinin birgə hasilat sazişinə əlavə etsək yeni Ağ Evin Kremlin *əlinə* sövdəsi (siasi oyunu) duyulmurmu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol