Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,36 % artaraq 69,73 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 68,23 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,22 ABŞ dolları və ya 0,32 % artaraq 68,16 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Şərhlər
Büdcə əcnəbi konsorun hasilatına verilmiş neftin hər barrelindən azı yetmiş ABŞ dolları gözləyirsə, ondan aşağı hər hansı qiymət baha sayılmaz? Hazırda təbii ki, neftin daha yüksək qiymətə satışından toplanmış neft fondu və valyuta ehtiyatlarını daha yüksək rəqabətli və davamlı maliyyə səmərəsi gətirəcək sahələrə-sifarişlərə yönəlmək sərfəli deyilmi?