Menu

Rusiyada təyyarəni yandırmağa cəhd olunub

27.08.2025, 18:17
Rusiyada təyyarəni yandırmağa cəhd olunub

Şimali Osetiyada "Vladiqafqaz" beynəlxalq hava limanında təyyarənin yandırılması cəhdinin qarşısı alınıb, terror aktı ilə bağlı cinayət işi açılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin respublika üzrə İdarəsindən bildirilib.

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya-Alaniya Respublikası üzrə İdarəsi "Vladiqafqaz" beynəlxalq hava limanı ərazisində təyyarəni yandırmaq yolu ilə terror aktı törətməyi planlaşdıran 25 yaşlı Rusiya vətəndaşının qanunsuz fəaliyyətinin qarşısını alıb", - məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol