Menu

ABŞ maliyyə naziri dondurulmuş Rusiya aktivlərini danışıqlarda istifadə etməyə çağırıb

27.08.2025, 18:59
ABŞ maliyyə naziri dondurulmuş Rusiya aktivlərini danışıqlarda istifadə etməyə çağırıb

Avropa İttifaqı ölkələri və ABŞ dondurulmuş Rusiya aktivlərini müsadirə etməyə tələsməməlidir, çünki bu aktivlərin taleyi Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda istifadə oluna bilər.

APA xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent “Fox Business”ə müsahibəsində deyib.

“Dondurulmuş aktivlərə gəlincə, mən hesab edirəm ki, bunlar Vladimir Putinlə aparılan danışıqların bir hissəsidir. Ona görə də düşünmürəm ki, onları indi dərhal müsadirə etmək lazımdır", - Bessent vurğulayıb.

Skott Bessent həmçinin qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı aparılan danışıqlar zamanı bu aktivlərin hansı hissəsinin Ukraynanın bərpasına yönələcəyi aydınlaşacaq. Maliyyə naziri Avropa liderlərini Rusiyaya iqtisadi təzyiq göstərməyə çağırıb, çünki münaqişə “onların arxa həyətində baş verir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol