Menu

Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub

27.08.2025, 19:18
Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib.

Bu barədə nazirlik məlumat yayıb.

Nazirlik tərəfindən təşkil olunmuş açıq müsabiqənin nəticələrinə əsasən test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib. Belə ki, Bakı şəhərində 7 məktəbə direktor, 4 məktəbə direktor müavini, regionlarda 7 məktəbə direktor, 1 məktəbə direktor müavini təyin edilib.

Yeni rəhbər heyətin idarəetmə bacarıqlarının gücləndirilməsi məqsədilə yaxın günlərdə xüsusi təlim proqramlarının təşkili nəzərdə tutulur.

Bununla yanaşı, 2025–2026-cı tədris ilindən etibarən onların fəaliyyəti daha təkmilləşdirilmiş "İncəsənət Məktəblərinin Elektron Sistemi" (İMES) üzərindən idarəetmə və monitorinq proseslərinə daha sürətli şəkildə inteqrasiya olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol