2024-cü ildə Azərbaycanda 1,3 ton nərə kürüsü istehsal edilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilə nisbətən 0,5 ton və ya 63 %, 2020-ci ilin göstərici ilə müqayisədə isə 1,2 ton və ya 13 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanda 6,7 min ton balıq məhsulları (konservlər daxil olmaqla) istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 4,2 ton və ya 2,7 dəfə, 5 il əvvəlki göstərici ilə müqayisədə isə 5 ton və ya 4 dəfə çoxdur.


Şərhlər
İstehsal arıb,amma azərbaycan xaqı kürü alıb yeyə bilmir.Verilən maaş.pensiya iəkürü qiymətlərinə yaxn durmaq olmur.Bir də hansı marketlərdə kürü açıq satışda olur?Hakimiyyət kürünü qoyduğu qiymətlərlə satışa qoymağa utanır bəs bu artan isehsal necə və haraya isthlak ounur?