Menu

UEFA Çempionlar Liqası pley-off mərhələsinə yekun vurulub: “Fənərbaxça” mübarizəni Avropa Liqasında davam etdirəcək

28.08.2025, 02:00
UEFA Çempionlar Liqası pley-off mərhələsinə yekun vurulub: “Fənərbaxça” mübarizəni Avropa Liqasında davam etdirəcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, Türkiyədə qolsuz heç-heçə edən "Fənərbaxça" Portuqaliyada "Benfika" ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Kerem Aktürkoğlunun 38-ci dəqiqədə vurduğu qolla "Benfika" 1:0 hesablı qələbəyə sevinib və əsas mərhələyə vəsiqə qazanıb.

"Brügge" isə "Reyncers"i 6 cavabsız qolla məğlub etməyi bacarıb - 6:0.

UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə) 1:0 İlk oyun - 0:0

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) 2:0 İlk oyun - 1:1

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) 6:0 İlk oyun - 3:1

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol